“Avropa, bizimlə olduğunu isbat et, bizi tək qoymayacağını sübut et"

Tez-tez alqışlanan çıxışında V.Zelenski Avropa ölkələrinə səslənərək deyib...
“Avropa, bizimlə olduğunu isbat et, bizi tək qoymayacağını sübut et"

Ukrayna prezidenti Volodimir Zelenski Avropa ölkələrinə müraciət edərək "Sizsiz Ukrayna tək qalacaq. Biz öz gücümüzü sübut etdik. Bizimlə olduğunuzu siz də isbat edin. Bizi tək qoymayacağınızı sübut edin" deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Parlamentinin (AP) Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Belçikanın paytaxtı Brüsseldə növbədənkənar iclasında Ukrayna prezidenti videobağlantılı iştirak edib.

Tez-tez alqışlanan çıxışında V.Zelenski Avropa ölkələrinə səslənərək deyib: “Ukrayna Rusiyanın işğalına müqavimət göstərir, azadlığını qoruyur və qalib gələcəyinə inanır.

Biz intensiv hücuma məruz qalırıq. Bu gün (1 mart) Xarkov 2 raketlə vuruldu. Xarkovdakı Azadlıq Meydanı Avropanın ən böyük meydanıdır və bu gün azadlığın meydanına hücum edildi.

Bizim müstəqilliyimizə heç kim qarışa bilməz. Bizi heç kim əzə bilməz. Biz güclüyük.

Rusiya hakimiyyəti hərbi obyektləri vurduqlarını deyir. Amma dünənki (28 fevral) hücumunda 16 uşaq həyatını itirdi. Hərbi obyektdə uşaq var? Biz uşaqlarımızı sağ görmək istəyirik.

Biz Avropanın bərabərhüquqlu üzvü olmaq istəyirik. Biz biz olduğumuzu göstərmişik. Avropa İttifaqı bizimlə çox güclü olacaq. Sizsizsə Ukrayna tək qalacaq. Biz öz gücümüzü sübut etdik. Bizimlə olduğunuzu siz də isbat edin. Bizi tək qoymayacağınızı sübut edin”.

Bütün xəbərlər Facebook səhifəmizdə