Putin ölkədən 10 min dollardan artıq xarici valyutanın çıxarılmasını qadağan edib
Rusiya prezidenti Vladimir Putin ölkədən 10 min ABŞ dollarından çox məbləğdə nağd valyutanın çıxarılmasını qadağan edib.
SİA TASS-a istinadən xəbər verir ki, müvafiq fərman Kremlin rəsmi saytında yerləşdirilib.
"2 mart 2022-ci il tarixindən etibarən Rusiya Federasiyasından 10.000 ABŞ dolları ekvivalentindən çox olan və Rusiya Federasiyası Mərkəzi Bankının çıxarılma tarixinə müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanan nağd xarici valyutanın və (və ya) xarici valyutada pul alətlərinin çıxarılması qadağan edilsin", - sənəddə bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB