BMT Ukraynaya yardım planını açıqlayıb

BMT Ukraynaya yardım planını açıqlayıb

BMT Baş katibi Antoniu Quterreş Ukraynada yaxın aylarda baş verəcək humanitar böhranın qarşısını almaq üçün təşkilatın planlaşdırdığı əsas yardım paketini açıqlayıb.

SİA xəbər verir ki, BMT-nin Cenevrədəki qərargahında təşkil olunan “Humanitar Yardımın Birgə Təşviqi və Qaçqınlara Regional Dəstək Planı” başlıqlı iclasa Nyu-Yorkdan qatılan A.Quterreş Ukraynadakı müharibə ilə əlaqədar humanitar böhranın yaxınlaşdığını və milyonlarla insanın köməyə ehtiyacı olacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə