Litvadan 24 tibb işçisi Ukraynaya yollanacaq.
SİA Litva mətbuatına istinadla xəbər verir ki, bu sözləri ölkənin səhiyyə naziri Arunas Dulkis söyləyib.
“Biz konkret xəstəxanalardan məlumat gözləyirik, lakin hər biri 12 nəfərdən ibarət iki qrup yarada bilərik. Haraya yollanmağın lazım olduğunu tezliklə biləcəyik”, − deyə nazir mətbuat konfransında bildirib.
Arunas Dulkis deyib ki, 250 tibb işçisi könüllü olaraq Ukraynaya yollanmağa hazırdır.
O qeyd edib ki, litvalı həkimlərdən ibarət qruplar Ukraynanın qərbində yerləşən iki tibb müəssisəsinə yollanmalıdırlar. O, litvalı həkimlərin dəqiq yoladüşmə vaxtını söyləyə bilməyəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB