Bəzi şirkətlər Rusiya ilə əməkdaşlıq etməkdən imtina edib

Bəzi şirkətlər Rusiya ilə əməkdaşlıq etməkdən imtina edib

"Warner Bros", "Disney" və "Sony" şirkətləri Ukraynanın işğalından sonra yeni filmlərini Rusiya kinoteatrlarında nümayiş etdirməmək qərarına gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qərarlarla "Batman", "Turning Red" və "Morbius" kimi filmlər Rusiyada yayımlanmayacaq.

Kino şirkətlərinin bu addımı bir çox ölkələrin Rusiyaya qarşı qəbul etdiyi sanksiya qərarlarından sonra atılıb. Bəzi qlobal şirkətlər, o cümlədən avtomobil istehsalçıları və enerji nəhəngləri işğaldan sonra Rusiya ilə əlaqələrini dayandırmağa başlayıblar.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə