ABŞ aktyoru Bleyk Layvli və həyat yoldaşı aktyor Rayan Reynolds sosial şəbəkədə Ukraynalı qaçqınlara 1 milyon dollara qədər ianə verəcəklərini açıqlayıblar. SİA xarici mətbuata istinadən bildirir ki, Reynolds "Tvitter" hesabında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından (UNHCR) bir mesaj paylaşaraq, "48 saat ərzində saysız-hesabsız ukraynalı evlərini tərk edərək qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldı" deyib.
Reynolds toplanan ianənin üzərinə 1 milyon dollar əlavə ianə edəcəklərini açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB