Ruslar bir gecədə 5 qırıcı itiriblər

Ruslar bir gecədə 5 qırıcı itiriblər

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən sutka ərzində Rusiyanın 5 qırıcısını, zirehli texnika kalonunu, yanacaq olan bir kolonu, hava hücumundan müdafiə sistemini, bir helikopterini məhv edib, qanadlı raketi vurub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunur ki, Rusiya qoşunları aviazərbələr, zenit-raket qüvvələri və HHQ-nin hücum pilotsuz təyyarələri nəticəsində xeyli itki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə