Yaponiyadan 49 rus şirkət və təşkilatına qarşı ixrac sanksiyaları

Yaponiyadan 49 rus şirkət və təşkilatına qarşı ixrac sanksiyaları

Yaponiya hökuməti Rusiyanın 49 şirkət və təşkilatına qarşı ixrac sanksiyalarının tətbiqini təsdiqləyib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Yaponiya hökuməti Rusiya hakimiyyəti və banklarının nümayəndələrinin aktivlərinin dondurulması ilə bağlı daha əvvəl elan edilmiş qərarı da təsdiqləyib.

Qeyd olunur ki, ixrac sanksiyaları martın 8-dən, bankların (Mərkəzi Bank istisna olmaqla – Red) aktivlərinin dondurulması tədbirləri isə martın 31-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə