Almaniya Baltik dənizinə hərbi gəmilər göndərib

Almaniya Baltik dənizinə hərbi gəmilər göndərib

Almaniya Hərbi Dəniz Qüvvələrinin Birinci Donanması Ukrayna böhranının kəskinləşməsi ilə əlaqədar NATO-nun şimal cinahını gücləndirmək üçün Baltik dənizinə hərbi gəmilər göndərib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Almaniyanın Kil şəhərindəki hərbi dəniz bazasından tapşırıqları yerinə yetirmək üçün “Sulzbach-Rosenberg”, “Datteln”, “Fulda” və “Homburg” mina əleyhinə gəmiləri, “Siegburg” minaaxtaran gəmisi, eləcə də alman donanmasının “Elba” tipli təchizat gəmisi Baltik dənizinə yol salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə