Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını deyib

Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını deyib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və Rusiya arasında danışıqların birinci raundunu şərh edib.

SİA xəbər verir ki, bu barədə Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir.

"Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub", - deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, hələ ki, almaq istədiyimiz nəticəni almamışıq.

"Rusiya öz mövqelərini açıqlayıb. Bizdən əks məqamlaq səsləndirilib - müharibəni bitirmək üçün. Bəzi siqnallar aldıq. Nümayəndə heyəti Kiyevə qayıdandan sonra biz eşitdiklərimizi təhlil edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə qərar verəcəyik", - deyə Ukrayna prezidenti əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə