“Avropaya onilliklərin ən ağır humanitar böhranı yaxınlaşır”

“Avropaya onilliklərin ən ağır humanitar böhranı yaxınlaşır”
"Biz hamımız üçün fəlakətlə nəticələnəcək böyük regional böhranla üz-üzəyik. Avropaya onilliklərin ən ağır humanitar böhranı yaxınlaşır”.

SİA xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Ukraynada davam edən müharibə ilə əlaqədar BMT Baş Assambleyasının fövqəladə iclasında üzv ölkələrin nümayəndələrinə müraciətində bildirib.

BMT-yə üzv olan hər bir dövlətin qurumun nizamnaməsinin prinsiplərinə uyğun hərəkət etməli olduğunu xatırladan A. Quterreş bildirib ki, münaqişələr sülh yolu ilə həll edilməlidir:

“İndi silahlar danışır, lakin dialoq yolu həmişə açıq qalmalıdır. Danışıqlara başlamaq üçün heç vaxt gec deyil”-deyib.

Uşaqlar da daxil olmaqla dinc əhalinin ölümü ilə nəticələnən müharibənin dayandırılması üçün baş katib Ukrayna və Rusiyanın liderlərinə sülh çağırışı edib:

“Ukrayna ordusu Kiyev yaxınlığında rus əsgərlərinə qarşı durmaqda davam edir. NATO və Qərb ölkələri Ukraynaya hərbi texnika və silahlar verməyə başlayıb. Əsl həll yolu sülhdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com