Türkiyədə Kambocanın səfirliyi açıldı

Türkiyədə Kambocanın səfirliyi açıldı

Kamboca Krallığının səfirliyi paytaxt Ankarada rəsmi mərasimlə açıldı. Tədbirə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu videokonfrans yolu ilə qatıldı.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, səfirliyin açılışında Kamboca Krallığı Baş nazirinin müavini, Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, səfir Sedat Önal, səfir Kim Henq Meas və çoxlu qonaqlar iştirak ediblər.

M.Çavuşoğlu açılış nitqində kambocalı həmkarı P.Sokhonn ilə görüşləri zamanı bir çox ikitərəfli regional və qlobal məsələlərin müzakirə edildiyini, protokol, əməkdaşlıq və ikiqat vergiyə qarşı sazişlər imzaladıqlarını və bu müqavilələrin ikitərəfli iqtisadi əlaqələrə töhfə verəcəyini vurğulayaraq deyib: "Türkiyə və Kambocadakı səfirliklərimiz ikitərəfli ticarətdə 1 milyard dollarlıq hədəfimizə çatmağımıza kömək edəcək. Səfirliklərimiz mədəni və humanitar əlaqələrimizi də yaxşılaşdıracaq və bir-birimizi daha yaxından tanımağa imkan verəcək".

Türkiyə 2019-cu ildə “Asiyaya yenidən təşəbbüs”ə başladı. ASEAN ilə əlaqələrimiz də bunun bir parçasıdır. ASEAN-a üzv olan 10 ölkənin hamısında, 8 ASEAN üzvünün isə Türkiyədə səfirlikləri var".

Tədbirdə Kamboca Baş nazirinin müavini, Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhon da öz növbəsindəki çıxışında iki ölkə arasında dostluq və əməkdaşlığın gündən-günə artdığını söyləyərək bildirib: “İnanıram ki, Türkiyə və Kamboca bu əlaqələri xalqlarımızın ortaq maraqlarına uyğun olaraq davam etdirəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə