Aİ Peskova və bir sıra rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq edib
Bir sıra rusiyalı iş adamları Avropa İttifaqının “qara siyahısı”na daxil edilib, bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova qarşı da sanksiyalar tətbiq edilib.
SİA-nın əldə etdiyi məlumata görə, 26 rusiyalının daxil edildiyi "qara siyahıya" həmçinin "Rosneft" və "Transneft"in rəhbərləri İqor Seçin və Nikolay Tokarev də daxil edilib.
Aktivlərin dondurulması və Aİ-yə giriş qadağası həmçinin Mixail Fridman (Alfa Group, VEON və X5-də səhmlər) və onun ortağı Petr Aven, Alişer Usmanov (Metalloinvest, Megafon), Aleksey Mordaşov (Severstal, Lenta, TUI turoperatorunda pay), Gennadi Timçenko (NOVATEK və SIBUR-da paylar), Aleksandr Ponomarenko (Şeremetyevo hava limanının ortaq sahibi).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB