BMT Ukrayanada həyatını itirən mülki şəxslərin sayını açıqlayıb

BMT Ukrayanada həyatını itirən mülki şəxslərin sayını açıqlayıb

Ukraynada 400-dən çox mülki şəxs həyatını itirib. Biz bu rəqəmlərin realda xeyli yüksək ola biləcəyini təxmin edirik. Çünki, BMT-nin Qaçqınlar üzrə Agentliyinin son məlumatlarına görə, ölənlərin yarısından çoxu hələ təsdiqlənməyib”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

Onun sözlərinə görə, münaqişə bölgəsindən bir milyon insan artıq beynəlxalq sərhədləri keçərək ölkəni tərk edib.

S.Dujarrik getdikcə şiddətlənən münaqişənin Ukraynada humanitar fəlakətə səbəb olacağını bildirib:

Bütün xəbərlər Facebook səhifəmizdə