Bayden müttəfiqləri ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışacaq
ABŞ prezidenti Cozef Bayden bu gün müttəfiqləri və tərəfdaşları ilə Ukrayna ətrafındakı vəziyyəti və Rusiyaya qarşı tədbirləri müzakirə edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Ev tərəfindən yayımlanan Amerika liderinin cədvəlində göstərilib.
"Prezident Rusiyanın Ukraynaya hücumu ilə bağlı son hadisələri müzakirə etmək və vahid cavab tədbirlərimizi əlaqələndirmək üçün müttəfiqləri və tərəfdaşları ilə təhlükəsiz xətti ilə danışacaqlar aparacaq", - deyə sənəddə qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB