ABŞ döyüşlərdən zərər çəkmiş ukraynalılara 54 milyon dollar humanitar yardım edir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, bu vəsait beynəlxalq humanitar təşkilatlara əhalinin ərzaq, içməli su ilə təminatı, yaşayış yerlərinin təşkili, təcili tibbi yardımın göstərilməsi və mühafizənin təmin edilməsi üçün göndəriləcək.
“Ayrılan maliyyə vəsaiti humanitar təşkilatlara münaqişə nəticəsində ayrılmış ailə üzvləri ilə əlaqə saxlamağa da kömək edəcək”, – Blinken qeyd edib.
Vəsaitin təxminən 26 milyonu Dövlət Departamenti, 28 milyonu isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB