Danimarka Ukrayna uğrunda müharibədə öz könüllülərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını təsdiqləyib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkə vətəndaşları Ukraynada beynəlxalq müdafiə legionuna qoşula bilərlər.
Onun sözlərinə görə, ukraynalı hərbçilər Danimarkadan 2 700 tank əleyhinə qumbaraatan və sursat alacaqlar.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb. Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edərək bildirib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib ukraynalılarla çiyin-çiyinə dayana bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB