Bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç deyib
“Serbiya Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, lakin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq”. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Serbiya Avropanın şərqində baş verənlərdən təəssüflənir. Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik və silahlı hücumları qəbul etmirik. Hərbi neytrallıq prinsipi çərçivəsində bütün xarici tərəfdaşlarla hərbi təlimləri dayandıracağıq. Ukrayna xalqına humanitar yardım göstəriləcək.
Serbiya çətin günlərdən keçir. Çox təzyiqlə üzləşdik, lakin Serbiya vətəndaşlarının mənafeyinə uyğun olan qərarı verdik. Rusiyaya sanksiya tətbiq etmək Serbiyanın maraqlarına ziddir”, - deyə A.Vuçiç bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB