"Danışıqlar Minskdə yox, Varşava, Budapeşt, İstanbul, ya Bakıda keçirilə bilər"
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqları Belarusda aparmaqdan imtina edib.
SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, V.Zelenskinin sözlərinə görə, RF ilə daşıqlar Minskdə yox, Varşavada, Budapeştdə, İstanbulda, Bakıda keçirilə bilər.
“Əlbəttə, biz sülh istəyirik, biz görüşmək istəyirik, biz müharibənin qurtarmasını istəyirik. Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı – biz Rusiya tərəfinə bütün bunları təklif etmişik. Bəli, hər hansı başqa şəhər, ərazisindən raketlərin atılmadığı ölkə bizə məqbuldur. Yalnız belə danışıqlar dürüst ola bilər və müharibəni həqiqətən də qurtarmaq olar”, - Ukrayna prezidentinin “Teleqram” kanalında dərc olunmuş müraciətində belə deyilir.
Xatırladaq ki, Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov belə bir xəbər yayılmışdı ki, Moskvadan nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Qomelə gəlib. Nümayəndə heyətinə XİN, Müdafiə Nazirliyi və digər qurumların, həmçinin prezident administrasiyasının təmsilçiləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB