“Kiyevin mühasirəsi barədə xəbər yalandır" - YENİLƏNİB

“Kiyevin mühasirəsi barədə xəbər yalandır" - YENİLƏNİB

Kiyev şəhərinin meri Vitali Kliçko paytaxtın mühasirəyə alındığını bəyan etməyib.

SİA-nın xəbərinə görə, bu barədə merin sözçüsü Oksana Zinovyeva məlumat verib.

O qeyd edib ki, bir müddət əvvəl mətbuat Kliçkonun Associated Press agentliyinə müsahibəsində şəhərin guya mühasirədə olduğunu dediyini xəbər verib. Bu, yalan və manipulyasiyadır.

***

23.31

Ukraynanın paytaxtı mühasirədədir, əhalinin təxliyəsi mümkün deyil.

SİA-nın xəbərinə görə, bunu “Associated Press”in sorğusuna cavab olaraq Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə