Koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib - GÜRCÜSTANDA

Koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib - GÜRCÜSTANDA

Gürcüstanda koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib. Son sutkada koronavirusa 4 835 yeni yoluxma halı qeydə alınıb, 41 nəfər vəfat edib. SİA xəbər verir ki, daha 13 840 nəfərin müalicə olunaraq sağaldığı qeyd olunub.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 1 603 007 nəfərdə aşkarlanıb. Onların 1 491 321-i sağalıb, 16 138-i isə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə