Ukrayna Rusiya və Belarusla sərhəddə keçid məntəqələrini bağlayır

Ukrayna Rusiya və Belarusla sərhəddə keçid məntəqələrini bağlayır

Ukraynanın Nazirlər Kabineti Rusiya və Belarusla dövlət sərhədində keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

SİA-nın məlumatına görə, bunu ölkənin baş anzri Denis Şmıqal brifinq zamanı deyib.

"Hökumət Rusiya və Belarusla dövlət sərhədində keçid məntəqələrini müvəqqəti bağlamaq qərarına gəlib", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, hazırda bu ölkələrin ərazisində olan və vətənə qayıtmaq istəyən Ukrayna vətəndaşları ölkəyə maneəsiz daxil ola biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə