"Nüvə müzakirələri ilə bağlı sənədi araşdırırıq"

"Nüvə müzakirələri ilə bağlı sənədi araşdırırıq"

"Biz ciddi şəkildə nüvə müzakirələri ilə bağlı sənədi araşdırırıq".

SİA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan öz tvitter səhifəsində deyib.

H.Əmirabdullahiyan bildirib ki, Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı aparıb.

"İranın nüvə müzakirələrində nümayəndə heyətinin başçısı Əli Baqiri də Aİ rəsmisi Enrike Mora ilə məsləhətləşmələr aparıb. Hamı Vyanadakı müzakirələrdə yaxşı bir nəticənin əldə olunması üçün çalışır. İran öz “qırmızı xətti”ni Qərb ölkələrinə bildirib. Əgər ciddi və həqiqi iradə olarsa tez bir zamanda yaxşı bir saziş əldə oluna bilər,- deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə