Türk Hava Yolları martın 1-dək Soçi və Minskə uçuşları dayandırıb
Türk Hava Yolları müvəqqəti olaraq Soçi, Minsk və Ukraynaya/dan reysləri ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin aviaşirkətinin "Twitter" səhifəsində deyilir.
"1 mart 2022-ci il tarixinədək (daxil olmaqla) Soçi, Minsk və Ukraynaya/dan uçuşlarımız ləğv edilir.
Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı sorğular üçün turizm agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya bilərsiniz", - deyə açıqlamada bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB