KXDR yenə də naməlum raket buraxıb

KXDR yenə də naməlum raket buraxıb

Koreya Xalq Demokrtaik Respublikası (KXDR) şərq istiqamətində naməlum raket buraxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Yonhap" agentliyi xəbər verib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, 2022-ci ilin əvvəlindən bəri səkkizinci insidentdir. Yanvar ayında KXDR 7 dəfə raket buraxıb, 5 və 11 yanvar tarixlərində Şimali Koreya hipersəs raketlərini sınaqdan keçirib. Həmçinin sürəti səs sürətindən 16 dəfə çox olan ballistik raket də buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə