Rusiya Latviya, Litva, Sloveniya və Estoniya üçün də hava məkanını bağladı

Rusiya Latviya, Litva, Sloveniya və Estoniya üçün də hava məkanını bağladı

Rusiya tranzit uçuşlar da daxil olmaqla Latviya, Litva, Sloveniya və Estoniyadan gələn təyyarələr üçün hava məkanını bağlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Rosaviasiya"nın açıqlamasında deyilir.

"Latviya, Litva, Sloveniya və Estoniyanın aviasiya hakimiyyətlərinin qeyri-dost qərarları ilə əlaqədar olaraq, bu dövlətlərin və/və ya onlarda qeydiyyatda olan aviadaşıyıcıların Rusiya Federasiyasının ərazisindəki məntəqələrə uçuşları, o cümlədən Rusiya Federasiyasının hava məkanı vasitəsilə tranzit uçuşları həyata keçirməsinə məhdudiyyətlər tətbiq edilir", - deyə açıqlamada deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə