Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlayır..?

Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlayır..?

Avropa İttifaqı ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlamağı planlaşdırırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Almaniyanın "ARD" telekanalının rəhbərinin müavini Mattias Deys mənbəyə istinadən bildirib.

"Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq. Bunu mənə məlumatlı mənbə təsdiqləyib", - deyə M.Deys özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl Rusiya təyyarələri üçün öz hava məkanlarını Litva, Latviya, Estoniya, Sloveniya, Rumıniya, Bolqarıstan, Polşa, Çexiya və Böyük Britaniya bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə