Qərb ölkələri dəfələrlə Moskvaya qarşı iqtisadi sanksiyalar elan edib
Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Qərb ölkələri dəfələrlə Moskvaya qarşı iqtisadi sanksiyalar elan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qərbin tələb etdiyi sanksiyalar arasında Rusiyanın beynəlxalq pul köçürmələrini təmin edən "SWIFT"-dən kənarda qalması da yer alıb.
Avropa İttifaqı və ABŞ Ukraynanın işğalına cavab olaraq cümə axşamı elan edilən sərt sanksiyalar çərçivəsində Rusiyanı banklararası sistemdən çıxarmamağa üstünlük verib.
Fransanın İqtisadiyyat naziri Bruno Le Maire Avrozona maliyyə nazirlərinin toplantısından əvvəl məsələni dəyərləndirib. Le Maire "Bu (SWIFT) son çarədir, lakin təkliflərdən sadəcə biridir" deyib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB