Gürcüstanda daha 43 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 43 nəfər koronavirusdan ölüb

Gürcüstanda ötən sutkada daha 6 236 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. SİA-nın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 14 909 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 598 172 nəfər yoluxub. Onların 1 477 481-i sağalıb, 16 097-si ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə