Ukrayna-Rusiya müharibəsinin üçüncü günündə də bölgədən münaqişə xəbərləri gəlməyə davam edir. SİA xəbər verir ki, Avropa Birliyi, Böyük Britaniya, ABŞ və Kanada Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və təhlükəsizlik rəsmilərini sanksiya siyahısına saldıqlarını açıqlayıb. ABŞ rəsmiləri Ukrayna prezidenti Zelenskiyə Kiyevi tərk etməyə kömək etməyə hazır olduqlarını bildiriblər. Səhər tezdən Kiyevdən atışma səsləri eşidilib. Qızğın qarşıdurmanın paytaxt küçələrində davam etdiyi açıqlanıb.
Ukrayna lideri Zelenski saat 09:00-da Kiyevdəki ofisinin qarşısında video paylaşıb. "Hamımız meydandayıq. Vətənimizi müdafiə etməyə davam edirik. Mənim adıma açılan saxta hesablara inanmayın. Silahımızı yerə qoymayacağıq"- deyə, Zelenski bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB