Aİ Putin, Medvedyev, Mişustin və Lavrova qarşı sanksiyalar tətbiq edib

Aİ Putin, Medvedyev, Mişustin və Lavrova qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyanın prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.

Məhdudiyyətlər, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiya prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, daxili işlər naziri Vladimir Kolokoltsev, həmçinin Dövlət Dumasının deputatları və bəzi Belarus rəsmiləri də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə