Kiyevin bəzi rayonlarında partlayış səsləri eşidilir - YENİLƏNİB-3

Kiyevin bəzi rayonlarında partlayış səsləri eşidilir - YENİLƏNİB-3

Kiyevin Troeşina rayonunda 60 diversant ələ keçib.

SİA-nın xəbərinə görə, bu barədə UNİAN agentliyi Xüsusi Dövlət Rabitə Xidmətinə istinadla məlumat yayıb.

***

05.58

Rusiya ordusu Kiyevdə Beresteyskaya metro stansiyası ətrafındakı hərbi hissəyə hücuma keçib.

SİA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.

Hərbi jurnalistlər B0331 saylı hərbi hissə ətrafında döyüş getdiyini bildirirlər.

***

05.35

Kiyevdə sağ sahil ərazisində partlayışlar eşidilir.

SİA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.

Bildirilir ki, Şulyavka rayonu və zoopark yaxınlığında pulemyot səsləri gəlir. Ukrayna silaqhlı qüvvələri müqavimət göstərir.

***

05.07

Ukraynanın paytaxtı Kiyevin bəzi rayonlarında partlayış səsləri eşidilir.

SİA-nın UNİAN-a istinadla xəbərinə görə, Desnya rayonundan güclü partlayışlar eşidilib.

Rusiya ordusu Troeşina rayonunda Elektrik stansiyasına hücum etsə də, Ukrayna ordusu ciddi müqavimət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə