Rusiya BMT TŞ-nın Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub

Rusiya BMT TŞ-nın Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynaya hücumu dərhal dayandırmağa çağıran qətnamə layihəsinə veto qoyub.

SİA-nın əldə etdiyi məlumata görə, müzakirələr zamanı 11 üzv ölkə qətnamənin lehinə səs verib, 3-ü bitərəf qalıb.

Qətnamə layihəsi ABŞ və Albaniya tərəfindən irəli sürülüb.

Sənəddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası BMT baş katibinin Rusiya Federasiyasının Ukraynaya qarşı hücumu dayandırmaq çağırışını dəstəkləyir. “BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü ilə bağlı dərin təəssüfünü ifadə edir”, – mətndə deyilir.

Qətnamədə həmçinin qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynaya qarşı güc tətbiqini dərhal dayandırması və BMT-nin hər hansı bir dövlətinə qarşı güc tətbiq etmək və ya güc tətbiq etmək üçün növbəti qanunsuz hədələrdən çəkinmək barədə qərar qəbul edir.

Bütün xəbərlər Facebook səhifəmizdə