Türkiyə öz vətəndaşlarının Ukraynadan quru yolu ilə təxliyə prosesinə başlayıb.
SİA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazirin sözlərinə görə, 12 fevral tarixi üçün olan məlumata əsasən, 5 minə yaxın vətəndaş artıq Türkiyəyə qayıdıb.
Çavuşoğlu qalan Türkiyə vətəndaşlarının təxliyyəsi ilə bağlı onların quru yolu ilə təxliyyəsinə qərar verildiyini bildirib:
"Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb. Eyni zamanda hər bir vətəndaşımızla fərdi qaydada telefonla əlaqə saxlayırıq. Ümumilikdə Ukraynada 20 minə yaxın vətəndaşımız var idi, onların 16 minə yaxını ilə əlaqə saxlaya bildik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB