Əfqanıstan-Pakistan sərhəddində qarşıdurma: ölənlər var

Əfqanıstan-Pakistan sərhəddində qarşıdurma: ölənlər var

Əfqanıstanda nəzarəti ələ keçirən Taliban ilə Pakistan təhlükəsizlik qüvvələri arasında sərhəd qapısında qarşıdurma baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, Spin Boldak sərhəd-keçid məntəqəsində Taliban və Pakistan təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada bir nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Talibanın sözçüsü Zabihullah Mücahid sosial media hesabından bu barədə məlumat yayıb. O qeyd edib ki, ilk atəş açan tərəf Pakistan qüvvələri olub və məsələ ilə əlaqəli hər iki ölkə rəsmiləri məlumatlandırılıb. Hazırda vəziyyət nəzarətdədir. Hadisənin hansı səbəbdən baş verdiyini hərtərəfli araşdıracağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə