THY bu ölkələrə uçuşları dayandırıb

THY bu ölkələrə uçuşları dayandırıb

Türk Hava Yolları (THY) Ukrayna, Moldova, Belarus və Rusiyanın Rostov şəhərinə uçuşları ləğv edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, THY-nin sosial media hesabında bu barədə məlumat paylaşılıb. Bildirilib ki, “Martın 2-dək Rusiyanın Rostov-na-Dona şəhərlərinə, fevralın 26-dək Belarusa, 4 Marta dək Moldovaya və sözügedən bu mərkəzlərdən uçuşlar dayandırılıb. Həmçinin bildirilib ki, Ukrayna hava məkanı bağlandığı üçün, fevralın 25-26-da Ukraynaya və Ukraynadan uçuşlar olmayacaq. Sərnişinlər uçuş biletləri ilə əlaqəli dəyişiklik və qaytarma işlərini THY-nin internet saytından və ya 08503330849 nömrəli çağrı mərkəzindən edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə