Aİ Rusiyaya qarşı ikinci sanksiyalar paketini qəbul edib

Aİ Rusiyaya qarşı ikinci sanksiyalar paketini qəbul edib

Avropa İttifaqının Xarici Əlaqələr Şurası Rusiyaya qarşı sanksiyaların ikinci paketini, o cümlədən Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı məhdudlaşdırıcı tədbirləri qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviç yazıb.

"Avropa İttifaqının Xarici Əlaqələr Şurası Rusiya prezidenti Putin və xarici işlər naziri Lavrova qarşı maliyyə sanksiyaları da daxil olmaqla, sanksiyaların ikinci mərhələsini təsdiqləyib. Üçüncü paket hazırlanır", - deyə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə