Ukrayna Rusiya ordusunun 2 800 nәfәr itki verdiyini açıqlayıb

Ukrayna Rusiya ordusunun 2 800 nәfәr itki verdiyini açıqlayıb

Ukrayna Rusiya qüvvәlәrinә mәxsus 516 zirәhli maşın, 7 helikopter, 10 tәyyarә, 80 tank vә 20 raketi mәhv etdiyini bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvәlәrinin Baş Qәrargahının rәsmi ‘‘Facebook’’ sәhifәsindә verilәn mәlumatda hәmçinin Rusiya ordusunun 2 800 nәfәr itki verdiyi bildirilib. Mәlumatda qeyd olunub ki, Rusiya qüvvәlәri Ukraynaya qarşı hücumlarını davam etdirir.

Ukrayna Silahlı Qüvvәlәrinin Baş komandanı Valeri Zalujni Odessadakı Pivdenniy limanından 12 mil uzaqlıqda Moldova bayraqlı tankerin Rusiyaya mәxsus gәmi tәrәfindәn vurulduğunu açıqlayıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə