Azərbaycan diaspor rəhbəri: Kiyevdə döyüşlər gedir

Azərbaycan diaspor rəhbəri: Kiyevdə döyüşlər gedir

Hazırda vertolyotlarla Nikolayev şəhərinə Rusiya ordusunun desant qüvvələri endirilir.

SİA xəbər verir ki, bunu açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu bildirib.

X. Həqiqətoğlu deyib ki, 2 saatdır ki, Rusiya ordusu Nikolayev şəhərində əməliyyata başlayıb: “Mən hazırda Kiyevdəyəm. Bu gün günortada Kiyevə tanklar, xüsusi təyinatlılar yeridildi, döyüşlər başladı. Kiyevdə Rusiya qoşunlarının bir çox hallarda qarşısı alındı. On minlərlə ukraynalı silaha sarılıb, 60 yaşa qədər insanlar belə ordu sıralarına yazılır, onlara silahlar paylanır”.

Bütün xəbərlər Facebook səhifəmizdə