"Qazı Rusiyadan yox, Azərbaycandan və Əlcəzairdən alacağıq" - İtaliyanın Baş naziri

"Qazı Rusiyadan yox, Azərbaycandan və Əlcəzairdən alacağıq" - İtaliyanın Baş naziri

İtaliyanın Baş naziri Mario Draqi hökumətin təcili iclasını keçirib. SİA-nın verdiyi məlumata görə, Baş nazir Ukrayna ətrafında baş verən hadisələr səbəbindən Rusiyaya qarşı Avropa ölkələrinin və ABŞ-ın tətbiq etdiyi sanksiyalardan danışıb.

Mario Draqi sanksiyaların təkcə Rusiya iqtisadiyyatına deyil, həmçinin Avropa ölkələrinə də təsir göstərəcəyini xüsusilə vurğulayıb: "Xüsusilə qaz təchizatında çətinliklərin yaranacağı qaçılmazdır. Bunun üçün alternativ mənbələrə müraciət edəcəyik. Artıq həmin mənbələr bəllidir, bu, Azərbaycan və Əlcəzairdir. Biz fəaliyyətimizi davam etdirəcəyik və çalışacağıq ki, bizim dost ölkələrdən tədarük edəcəyimiz təbii qaz istehsalın davamlılığını təmin etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə