Rusiyada son sutka ərzində 123 460 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, 15 minə yaxın şəxs isə xəstəxanaya yerləşdirilib.
Əvvəlki gün 132 998 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 16,05 milyonu ötüb.
Eyni zamanda, son sutkada 787 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 762 nəfər idi.
Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 349 365 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB