Zelenski müttəfiqlərinə: "Hədəf mən və ailəmdir"

Zelenski müttəfiqlərinə: "Hədəf mən və ailəmdir"

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Rusiya tərəfindən işğalı zamanı ölkəsinin tək qaldığını əsas gətirərək Qərb ölkələrinə reaksiya verib. SİA xarici mətbuata istinadən bildirir ki, Zelenskinin çıxışında Rusiyanın ölüm siyahısında birinci hədəfin özünü, ikinci hədəfin isə ailəsi olduğunu deməsi diqqətdən qaçmayıb.

Rusiyanın Ukraynaya hücumlarından sonra prezident Volodimir Zelenski sosial media hesabında ilk günün yekunları ilə bağlı açıqlama verib. Ukrayna əsgərlərinin Rusiyanın hücumlarına qarşı böyük müqavimət göstərdiyini bildirən Zelenski "İlkin məlumatlara görə, təəssüf ki, bu gün 10-u zabit olmaqla 137 qəhrəman və vətəndaşımızı itirdik. 316 nəfər yaralandı. Hamısına Ukrayna qəhrəmanı adı veriləcək” ifadələrini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə