Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisi təxminən 400 nəfər təşkil edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
“İlkin hesablamalara görə 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb”, – Arestoviç vurğulayıb.
O, həmçinin bildirib ki, Birgə Qüvvələr Əməliyyatı zonasında, ilkin hesablamalara görə, “Rusiya ordusunun tərkibinə daxil olan 1-ci və 2-ci ordu korpuslarınin təxminən 50-60 min şəxsi heyəti iştirak edir.
“Lakin bu o demək deyil ki, onlar bizim mövqelərimizə birbaşa basqın edirlər. Bunlar ikinci və ya üçüncü eşelonlardır və s. Orada bizim on minlərlə əsgərimiz var”, – Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB