Kiyevdə raket düşməsi nəticəsində yaşayış binası yanır

Kiyevdə raket düşməsi nəticəsində yaşayış binası yanır

Kiyevdə yaşayış binasına raket qalıqları düşməsi nəticəsində, ilkin məlumata görə, biri ağır olmaqla 3 nəfər yaralanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko Telegram-kanalında bildirib.

"Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Hadisə yerində bütün lazımi qəza-xilasetmə qüvvələri işləyir. Ev yanır, çökmə təhlükəsi var", - V. Kliçko bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə