Boeing cümə axşamı Hindistana 12-ci P-8I dəniz patrul təyyarəsini təhvil verdiyini bildirib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, çatdırılma fevralın 19-da həyata keçirilib. Bu, 2016-cı ildə imzalanmış opsion müqaviləsi çərçivəsində təhvil verilmiş dörd əlavə təyyarədən dördüncüsüdür.
Hindistan P-8 təyyarəsinin ilk beynəlxalq sifarişçisidir. 2013-cü ildə istifadəyə verildiyi vaxtdan bəri P-8I 35.000 saat uçuş həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB