ABŞ Rusiyaya qarşı sanksiyalarda bəzi məhsulların tədarükünü ixtisar edib

ABŞ Rusiyaya qarşı sanksiyalarda bəzi məhsulların tədarükünü ixtisar edib

ABŞ Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları, dərman vasitələri və tibbi avadanlıqların tədarükünə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara istisnalar tətbiq edib.

SİA TASS-a istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiyalar siyahısından kənd təsərrüfatı məhsullarının, COVID-19-un diaqnostikası və müalicəsi üçün istifadə olunan dərman vasitələrinin, tibbi avadanlıqların, onlar üçün proqram təminatının ixracı və təkrar ixracını çıxarıb.

Maliyyə Nazirliyi, həmçinin Rusiya Federasiyasının üzərindən uçuşlar və ABŞ təyyarələrinin Rusiya Federasiyasında təcili enişi ilə əlaqədar göstərilən xidmətləri sanksiya siyahısından çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə