Çavuşoğlu və Blinken Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləyiblər
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
SİA-nın xəbərinə görə, bu barədə məlumatı Türkiyə XİN yayıb.
Görüş zamanı Ukraynadakı son hadisələr müzakirə olunub. Nazir Çavuşoğlu Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatının beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğunu, Türkiyənin bu əməliyyatı qəbuledilməz və rədd etdiyini bildirib.
O, həmçinin Türkiyənin Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Çavuşoğlu amerikalı həmkarı ilə bu məsələ ilə dair BMT, NATO, ATƏT və Avropa Şurasında gedən proseslərlə bağlı fikir mübadiləsi aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB