Aİ ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəklər

Aİ ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəklər

Aİ ölkələrinin liderləri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Sammit zamanı iştirakçılar qərara gəliblər ki, Rusiyaya qarşı sanksiyalar viza siyasətini də əhatə etsin. Bundan əlavə, sanksiya siyahılarında yeni adlar və təşkilatların adları yer alacaq.

“Avropa Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya üçün öz hərəkətləri üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı tədbirlər haqqında razılığa gəldi. Bu sanksiyalar maliyyə sektorunu, energetika və nəqliyyat sektorlarını, ikili təyinatlı malları, o cümlədən ixraca nəzarət və ixracın maliyyələşdirilməsini, viza siyasətini, əlavə Rusiya fiziki şəxslərinin (məhdudiyyətlər – red.) siyahılarına daxil edilməsini əhatə edir”, – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviterdəki hesabında sammitin yekunlarına dair yazıb.

Ukrayna münaqişəsinə dair fövqəladə sammitin yekunlarına və Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılmasına əsasən, Avropa İttifaqı Ukraynaya dəstəyi gücləndirməyə və beynəlxalq donorlar konfransı keçirməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə