Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel gün ərzində G7 ölkələrinin xarici işlər nazirləri ilə Rusiyanın Ukraynaya hücumuna cavab olaraq atılacaq koordinasiyalı hərəkətləri müzakirə edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Josep Borrel özünün "tviter" hesabında yazıb.
“G7 ölkələrinin xarici işlər nazirləri gün ərzində Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq atacağımız koordinasiyalı hərəkətləri müzakirə etdik. Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB