Avropa Şurası Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyib

Avropa Şurası Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyib

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynaya silahlı hücumunu qəti şəkildə pisləyib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Avropa Şurasına üzv olan 47 ölkənin nümayəndələrinin iştirak etdiyi fövqəladə iclasın yekununda bu gün qəbul edilən qərarda deyilir.

Sənədə əsasən, Komitə Rusiya tərəfindən qanunla müəyyən edilmiş öhdəliklərinin ciddi şəkildə pozulmasına cavab olaraq görüləcək tədbirləri Parlament Assambleyası və Baş Katiblə sıx əlaqədə araşdırmaq qərarına gəlib.

Bundan əlavə Rusiya Federasiyasına Ukraynadakı hərbi əməliyyatlarını dərhal və qeyd-şərtsiz dayandırmağa çağırış olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə